Dünən Azərbaycanda 104 CİNAYƏT FAKTI QEYDƏ ALINIB

  • By admin
  • 20 Fevral 2018 09:33

 

DİN mətbuat xidmətinin məlumatına görə fevral ayının 19-dan 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı

Gununsesı.info təqdim edir. Belə ki, ötən gün

– Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

– Axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

– Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

– Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Gununsesi.info