Dünən toyu oldu, bu gün əkiz doğacağı bilindi - Kral ailəsi yeni təlaşda

  • By admin
  • 21 İyun 2018 14:51

Şahzadə Harri və Meqan Marklın keçən ayın 19-da toyunun əks-sədası bitməmiş, bal ayından sonra məlum olub ki, Meqan Markl hamilədir.
Gununsesi.info Rusiya mətbuatına istinadən bildirir ki, bu yenilik barədə ilk xəbəri bəyin qardaşı şahzadə Uilyam yayıb.
Kral cütlüyü toy səyahətindən qayıdan kimi doğmalarına bu xoş xəbəri çatdırıb. Monarx ailəsinin sıralarına yeni üzv barədə şahzadə Çarlz və kraliça da məlumatlandırılıb.
Kral ailəsini qarabaqara izləyən media ordusu ən xırda detalları, yeniliyi belə qaçırmırlar.
Teleproqramma.ro-nun məlumatına görə, Meqan Markl əkiz doğacaq.
Xatırladaq ki, hələ toya qədər cütlük nikahdan sonra tez uşaq dünyaya gətirəcəkləri barədə istəklərini dilə gətirmişdilər.