Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində ilk panel iclası başladı

  • By admin
  • 22 Aprel 2022 15:13

Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı, yol xəritəsi” mövzusunda panel iclası başlayıb. 

Gununsesi.info-nun xəbərinə görə, iclas Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilir.

Panel iclasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, araşdırmaçı jurnalist Sevil Nuriyeva çıxış edirlər.

Qeyd edək ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.

Gununsesi.info