Dünya bankı Ukraynaya 1 mlrd dollar ayıracaq

  • By admin
  • 17 İyun 2016 12:05

bank

 

Dünya bankı Ukraynaya əlavə 1 milyard dollar ayırmağa razılıq verdi. Gununsesi.info unian-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın baş naziri Vladimir Qroysman öz Facebook səhifəsində yazıb. O deyib ki, belə bir razılığa Vaşinqtonda Dünya bankının baş əməliyyat direktoru Şri Mulyanı İndravati ilə görüşü nəticəsində gəlinib. Baş nazir öz Facebook səhifəsində qeyd edib ki, yaxşı xəbər var: “Dünya bankı növəbti ildə maliyyə proqramlarnı maliyyələşdirmək üçün əlavə 1 mlrd. dollar vəsait ayırmağa hazırdır.”

Gununsesi.info