Dünya birinciliyində tarix yazan cüdoçularımız Vətənə döndülər - FOTOLAR

  • By admin
  • 23 Oktyabr 2017 11:06

592816

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.

Gununsesi.info xəbər verir ki, mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında birinci olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq 2-ci yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.

592816_01 592816_02 592816_04 592816_06 592816_17 592816_11 592816_07

Gununsesi.info