Dünya çempionatında ofsayd belə müəyyən ediləcək

  • By admin
  • 01 İyul 2022 20:28

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında matç zamanı ofsayd yarıavtomatik şəkildə müəyyən olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Bildirilib ki, yeni texnologiya 12 kameradan istifadə edəcək, futbolçunun ofsaydda olması barədə məlumat hakimə ötürüləcək. Bundan başqa, futbol topuna xüsusi məlumat ötürücüsü də quraşdırılacaq ki, bu da topa son toxunuşun vaxtını müəyyən etməyə kömək edəcək.

Qısa müddət sonra stadiondakı ekranda ofsayd vəziyyətinin 3D animasiyası əks olunacaq.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı Qətərdə noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Gununsesi.info