Dünyaca tanınmış ulduz koronavirusa yoluxmasından danışdı

  • By admin
  • 30 Noyabr 2020 15:52

Amerikalı pop ifaçı Mayli Sayrus koronavirus pandemiyası dönəmində alkoqol problemi yaşamağa başlayıb.

Gununsesi.org -un “WeekNews” nəşrinə istinadən məlumatına görə, bu barədə tanınımış sənətçi müğənninin özü rəsmi “YouTube” kanalında xəbər verib.

“Bir çox insan kimi pandemiya zamanı boşluğa düşdüm. Ayıq olduğum barədə heç vaxt yalan danışmaram. Mən büdrədim və indi ayıq həyat tərzinə qayıdıram. İki həftədir içki içmirəm”, – deyə ifaçı etiraf edib.

28 yaşlı Sayrus həyatındakı problemlərin alkoqol səbəbiylə deyil, daha çox sərxoş halda verdiyi qərarlar üzündən yarandığını deyib.

İfaçı həmçinin etiraf edib ki, bir çox məşhur sənətçinin ​​təqribən 27 yaşında ölməsi onu səhhəti barədə düşünməyə məcbur edib.

Gununsesi.org