Dünyada əhalisi ən çox azalan ölkələr

  • By admin
  • 24 Avqust 2022 09:48

Bosniya və Herseqovina dünyada əhalisi ən çox azalan ölkədir.

Gununsesi.info xəbər verir ki, Bosniya və Herseqovinada son illər iqtisadi səbəblərdən artan beyin axını nəticəsində əhali getdikcə azalır.

“Dünyada əhalisi ən çox azalan ölkələr” siyahısında birici yeri məhz bu ölkə tutur.

Sonrakı sıralarda Bolqarıstan, Livan, Latviya, Litva, Venesuela, Serbiya, Xorvatiya və Ukrayna qərarlaşıb.

Rəsmi statistikaya əsasən, 2013-cü ildən indiyədək Bosniya və Herseqovinanı 484 min nəfər tərk edib, əhalinin sayı hər il 1,5 faiz azalıb.

Gununsesi.info