Dünyada COVID-19-a yoluxma və ölüm sayı artır – ÜST

  • By admin
  • 12 İyul 2021 20:17

“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.

 

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb:

 

“Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb”.

 

ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır.

Gununsesi.info