Dünyada ilk 3D inşaat qurğusu istehsal edilib -FOTO

  • Müəllif: admin
  • 02 İyun 2017 13:19

insaat

Dünyada inşaat sektorunda yeniliklər davam edir. Çətin iş rejimini asanlaşdırmaq və müxtəlif bahalı inşaat materiallarının sayını azaltmaq üçün çoxfunksiyalı tikinti qurğuları icad edilir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, inşaat sahələrində istifadə etmək üçün istehsal edilən ilk 3D qurğu 24 saat ərzində təxminən 10 min dollar dəyərində olan 37 kvadratmetrlik ev inşa etmə qabiliyyətinə malikdir.

Evin bütün divarları betonla doldurulur. İnteryeri sonradan qoyulan qapılar, pəncərələr və mebellər tamamlayır.

“Apis Cor” şirkəti tərəfindən istehsal edilən qurğunun inşa etdiyi 37 kvadratmetrlik evlər bir dəhliz, hamam, qonaq otağı və mətbəxdən ibarətdir.

Şirkət 24 saat içərisində inşa edilən bu evlərə 175 il zəmanət verir.

 

Gununsesi.info