Zakir Həsənov ön xətdə - FOTOLAR

  • Müəllif: admin
  • 02 İyun 2017 13:13

cf089b58dd9a26cbff36f4575f611c05

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Gununsesi.info nazirliyin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub. Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar.

Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.

7af06243de5dc9d04fdc51cefb0b9247 08f25f4b710e171a778163939159c833 39f0089106cb9ca6491a8cc4bb87124e 70a1082f74ca7c85a6d84d88db187f24 071362ac99991f27be21c257268a488c dd8168813f1d932eab6e79f654a1a59f f294b9737a82bdb9c340da5a32988927

Gununsesi.info