Dünyada koronavirusdan ölənlərin sayı 4.5 milyonu ötdü

  • By admin
  • 01 Sentyabr 2021 09:09

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 607 mindən çox olub.

Gununsesi.info pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 607 min 337 nəfər yeni koronavirusa yoluxub, 8 min 925 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 218 milyon 511 min 764, ölənlər isə 4 milyon 532 min 509 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (156 min 2 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1232 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (40,1 milyon), Hindistan (32,8 milyon), Braziliya (20,7 milyon), Rusiya (6,9 milyon), Böyük Britaniya (6,7 milyon), Fransa (6,7 milyon) və Türkiyədə (6,3 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gununsesi.info