Dünyada media azadlığı - NORVEÇ BİRİNCİ, AZƏRBAYCAN İSƏ SONUNCU YERLƏRDƏ (HESABAT)

  • Müəllif: admin
  • 16 Oktyabr 2017 15:30

serhedsiz reportyorlar

Sərhədsiz Reportyorlar təşkilatı 2107-ci il üçün dünyada söz azadlığı indeksini açıqlayıb.

Gununsesi.info bildirir ki, indeks 180 ölkəni əhatə edir.

Azərbaycan siyahıda söz azadlığının ən pis olduğu ölkələrdən biri kimi, 162-ci yerdədir. Siyahıda Azərbaycanın yaxın qonşuları Burundi (160), Misir (161), Liviya (163), Bəhreyn (164), İran (165) kimi ölkələrdir.

Azərbaycanın coğrafi qonşuları isə Gürcüstan 64-cü, Ermənistan 79-cu yerdə olmaqla ondan xeyli irəlidədir.

İndeksdə hətta Afrikanın 39 ölkəsi Azərbaycandan öndədir.

İndeksdə son üçlüyü Türkmənistan (178), Eritrea (179) və Şimali Koreya (180) tamamlayır.

Gununsesi.info