Dünyanın ən bahalı ətri satıldı - 200 MİN AVRO

  • By admin
  • 29 Yanvar 2018 23:00

İtaliyanın “Bulgari” şirkətinin “Opera Prima” ətri 200 min avroya satılıb.

Gununsesi.info xəbər verir ki, dünyanın ən bahalı ətrinin flakonunun hazırlanmasında qızıl və qiymətli daşlardan (brilyant, ametist, sitrin) istifadə olunub.

Ətrin alıcısının adı açıqlanmayıb.

Qeyd edək ki, bu ətir limon, portağal ağacı, müşk və çiçək ətirlərinin qarışığından hazırlanıb.

Gununsesi.info