Fransız nazirin istefası tələb olunur - O, QADINI ZORLAYIB

  • By admin
  • 29 Yanvar 2018 22:54

Fransanın müxalif “Respublikaçılar” partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib.

Gununsesi.info xəbər verir ki, bu, nazirin cinsi zorakılıqda ittiham olunması ilə əlaqədardır.

Qeyd olunur ki, bir qadın 2009-cu ildə J.Darmanenə hüquqi yardım üçün müraciət etdiyini və cinsi zorakılığa məruz qaldığını iddia edib.

Bu hadisə ilə əlaqədar cinayət işi açılıb.

Hazırda müxalifət nümayəndələri təhqiqatın davam etdiyi müddətdə nazirin istefaya getməli olduğunu bildirirlər.

Gununsesi.info