Dünyanın ən böyük dələduzu öldü - 136 ölkədə 37 min adam aldatmışdı

  • By admin
  • 16 Aprel 2021 00:47

Dünya tarixinin ən böyük dələduzlarından biri Bernie Madoff  82  yaşında ABŞ-da həbsxanada vəfat edib.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, o, 136 ölkədə 37000 adam aldadıb. Aldadılanlar arasında tanınmış şəxslər və Nobel mükafatçıları da olub.

Bu şəxslərin bəzi qurbanları isə aldadıldıqdan sonra bankrot olub və intihar edib.

İddialara görə 100 milyarda yaxın məbləği aldatma ilə ələ keçirib.

Qeyd edək ki, Madoff 2009-cu ildə həbs edilmişdi və 150 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günay

Gununsesi.info