Dünyanin ən nüfuzlu 100 adami kimdir? - "TİME" JURNALI ONLARI SEÇDİ

  • By admin
  • 20 Aprel 2018 23:40

“Time” jurnalı 2018-ci ilin “100 ən nüfuzlu adamı” ənənəvi reytinqini dərc edib.

Gununsesi.info xəbər verir ki, siyahı beş kateqoriyaya bölünüb: “Yenilikçilər”, “Artistlər”, “Liderlər”, “İkonalar” və “Titanlar”. “Qəhrəmanların” hər birini, başqa tanınmış şəxsiyyət təsvir edir.

“Novatorlar” sırasında хип-hоп-un qadın ifaçısı Cardi B, olimpiya çempionu, amerikalı snoubordist qız  Хloi Kim, eləcə də Floridanın Parklend məktəbində silahlı atışmanı yaşamış, ölkədə silaha nəzarət uğrunda tələbi ilə şıxış edən bir qrup tələbə də var.
ABŞ-ın eks prezidenti Barak Obamanın sözlərinə görə, gənc fəalların “ yalnız gənclərə məxsus olan gücləri var – dünyaya başqa cür baxmağı bacarırlar, çox vaxt müdriklik kimi qəbul olunan köhnə qərarları, şərtiliyi və qorxaqlığı ləğv edə bilər”. Keçmiş lider qeyd edib ki, yeniyetmələr ümid verir ki, Amerika bundan da yaxşı ola bilər”.
“Artistlər” bölümündə jurnal incəsənət və şou-biznes nümayəndələrini, o cümlədən aktyorlar Nikol Kidmanı, Hyu Cekmanı, rejissor Hilremo del Toronu, teleaparıcı Cimmi Kimmeli, dizayner Kristian Sirianonu və rəssam Cudi Çikaqonu yerləşdirib.
“Liderlər” siyahısında ABŞ prezidenti Donald Tramp da var. Onu Texas ştatının senatoru respublikaçı Ted Kruz təsvir edib.
“”Hələlik hansısa  ağıllılar “tvitlərə” mübtəla idi, o, ehtiyacı olan ailələr üçün  vergilərin azaldılması ilə bağlı konqreslə  çalışıb. Hələ ki, zəngin məşhurlar qışqırırdılar ki, ölkəni tərk edəcəklər. (Trampın prezident seçiləcəyi təqdirdə ), o iş yerlərini  və sənayeni qaytarırdı. Hələlik boşboğazlar qabaqcadan Armageddon söyləyirdilər, prezident Trampın  Şimali Koreya ilə bağlı güclü mövqeyi (nüvəsizləşdirmə məsələsi)Kim Çın Inı dizi üstə qoydu” – senator siyasətçi belə hesab edir.
“Liderlər” bölümünə Elton Conun təsvir etdiyi şahzadə Harri və onun gəlini Meqan Markl, Şimali Koreya lideri Kim Çın In, Yaponiyanın baş naziri Sindzo Abe, Çin Xalq Respublikasının sədri Si Tszinpin və RF-nin ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller də salınıb.
“İkonalar” bölümündə pop mədəniyyətin qəhrəmanları var. Bu il “Time” müğənnilər Cenifer Lopez, Keşa və səhnə kolleqası Adelin təsvir etdiyi Rihannanı qeyd edib. Xüsusilə, ifaçı qız, Rihannanın ilk xitlərindən birinin – Umbrella mahnısının təəssüratını bölüşüb.
“İkonalar” içərisində MeToo hərəkatının əsasını qoyan Таrаnа Bеrк, prodüsser Harvi Vaynşteynin təcavüzləri haqqında təhqiqatların müəllifləri Ronana Ferrou, Codi Kantor və Meqan Tuey, Kambridge Analytika – nın eks əməkdaşı Kristofer Uayli, dizayner Vircil Ablo da var.
“Titanlar” bölümünə öz fəaliyyətlərinin ən yaxşı nümayəndələri salınıb. Jurnalın rəyinə görə bunlar – tennisçi Rocer Federer, teleaparıcı Opra Uinfri, Tesla şirkətinin  əsasını qoyan İlon Mask, “Amazon”-un yaradıcısı Ceff Bezos və başqalarıdır.