Şimali və Cənubi Koreya liderləri üçün xüsusi xətt yaradıldı

  • By admin
  • 20 Aprel 2018 23:32


Şimali Koreya rəhbəri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Ce-in arasında gələn həftə keçiriləcək görüşdən öncə xüsusi telefon xətti qurulub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, iki liderin daha təhlükəsiz müzakirə apara bilməsi üçün bu addımın atıldığı açıqlanıb.

Qeyd edək ki, Kim Çen In və Mun Ce-in arasındakı görüş 27 apreldə iki ölkənin sərhədində yerləşən Panmunjomdakı “Sülh evi”ndə keçiriləcək. Şimali və Cənubi koreya rəhbərləri arasında daha öncəki görüşlər 2000 və 2007-ci illərdə baş tutub.

Gununsesi.info