Dünyanın ən nüfuzlu 100 şəxsinin adı açıqlandı

  • By admin
  • 20 Aprel 2018 17:45

ABŞ-ın məşhur “Time” jurnalı 2018-ci il üçün dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu dəfə siyahıda rusiyalı nümayəndələrin adı olmayıb.

“Liderlər” kateqoriyasına ABŞ prezidenti Donald Tramp, Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı, aktrisa Meqan Markl, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri CastinTrüdo, KXDR lideri Kim Çen In daxildir.

2014-cü ildən 2017-ci ilə qədər bu siyahıda Rusiya prezidenti Vladimir Putinin də adı olub. Lakin bu dəfə siyahıya onun adı daxil edilməyib.

İncəsənət xadimlərinin siyahısında isə aktrisa Nikol Kidman, rejissor Qilermo del Toro, Qal Qadot, Milli Bobbi Braun, aktyor Xyu Cekman və teleaparıcı Cimmi Kimmeli görmək olar.

Bundan əlavə, “Tesla and SpaceX”-in qurucusu İlon Mask, teleaparıcı Opra Uinfri, “Amazon”un təsisçisi Ceff Bezos da dünyanın nüfuzlu şəxslərinin siyahısına düşüb.

Qeyd edək ki, “Time” ilk dəfə 1999-cu ildə ən nüfuzlu 100 şəxsin siyahısını dərc edib.

Gununsesi.info