Teymur Rəcəbov Rauf Məmmədovla heç-heçə etdi

  • By admin
  • 20 Aprel 2018 17:38
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində bu gün II turun görüşləri keçirilir.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gəlib. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkib. Görüş 50-ci gedişdən sonra heç-heçə ilə yekunlaşıb – 0,5:0,5.
Rusiyalı Sergey Karyakin və çinli Dinq Liren arasındakı qarşılaşma da “sülh”lə bitib.
Hazırda Maqnus Karlsen (Norveç) – David Navara (Çexiya), Veselin Topalov (Bolqarıstan) – Aniş Giri (Hollandiya) və Radoslav Voytaşek (Polşa) – Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşləri davam edir.
Qeyd edək ki, ilk turun bütün görüşləri heç-heçə ilə yekunlaşıb.
Gununsesi.info