
Bir çox hallarda deyirlər Vətən sərhəddən başlayır. Və yaxud sərhəd deyəndə ilk olaraq insan assosativ olaraq tikanlı məftillər xəyala gəlir. Sərhəd anlayışının sinonimi kimi tikanlı məftillərin şüurlara hopması daha çox keçmiş sovetlər birliyində yaşayan insanların yaddaşında yer alıb. Ancaq dünyada elə bölgələr və ölkələr var ki, orada sərhəd anlayışı tamamilə fərqlidir. Elə ölkə var ki, sərhədini bir ağac, yol və ya hansısa formada qoyulan işarələr ayırır.
Gununsesi.info-nun məlumatına görə, Avropa, Amerika, Asiya qitələrində elə ölkələr var ki, ölkələr arasındakı sərhədlər simvolik bir işarə ilə ayrılır.
Elə ölkələr var ki, sərhədlər bir yaşayış məntəqəsinin içindən keçir, hətta şəhər mərkəzindəki yolun orta xətti dövlət sərhədi rolunu oynayır. Belə dövlətlər az deyil. Məsələn, ABŞ-la Kanada arasında dövlət sərhədi bir binanı iki yerə ayırır. Hollandiya-Belçika, Fransa-İtaliya, İsveçrə-Norveç, İspaniya-Fransa, Fransa-Belçika, İspaniya-Portuqalıya, Polşa-Ukrayna, Belçika-Hollandiya, ABŞ-Meksika, Avstriya-Almaniya, Vyetnam-Çin, Barzilya-Uruqvay və sair sadalamaq olar.
Baxmayaraq ki, zamanında bir şəhər olub, ancaq Azərbaycan parçalandıqdan zaman sərhədin əks tərəflərində qalan şəhərlərimiz olsa da, bu şəhərləri bir-birindən tikanlı məftillər ayırıb. Bu gün Astara, Biləsuvar, Culfa kimi şəhərlərimizi bir-birindən tikanlı məftillər ayırır.
Xülasə, indi sizlərə dünya dövlətlərini bir-birindən ayıran ilginc dövlət sərhədlərini, daha doğrusu bununla bağlı fotoları təqdim edirik:











Gununsesi.info












