Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 hakiminin səlahiyyət müddəti başa çatdı

  • Müəllif: admin
  • 28 Sentyabr 2017 18:00

1476714926_mehkeme

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, bunlar –  İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir.

Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.

Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatırr. Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.

Gununsesi.info