Dünyanın ən xoşbəxt və bədbəxt ölkəsinin adı açıqlandı

  • By admin
  • 21 İyun 2016 17:13
city panoram landscape
Dünyanın ən xoşbəxt və bədbəxt ölkəsinin adı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, “Bloomberg” agentliyinin tərtib etdiyi xoşbəxt ölkələr siyahısında inflasiya və işsizliyin səviyyəsi əsas meyar kimi götürülüb.
Sinqapurda inflasiya son illər kəskin azalaraq 1,4%-ə, işsizlərin sayı isə 1,9%-ə düşüb. Buna görə də Sinqapur dünyanın ən xoşbəxt ölkəsi elan olunub.
Dünyanın ən bədbəxt ölkəsi isə inflasiyanın sürətlə artmaqda olduğu Venesueladır.  (modern.az)