
Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir.
Çimərliklər insanlar tərəfindən istirahət, çimmək və qaralmaq məqsədi ilə istifadə edilir. Üstəlik burada insanlar tərəfindən inventarlar quraşdırılır. İnventarların olub-olmaması baxımından «mədəni» və «təbii», çimərliyə bölünür. «Mədəni» çimərliklərdə adəti üzrə xilasetmə stansiyası və ilk tibbi yardım məntəqəsi olur. Bu tip çimərliklərin bir qismi pulludur. Naturizm düşüncəsinə malik insanlar üçün Naturst çimərliklər mövcuddur. Toples çimərliklərində isə qadınlar üst çimərlik geyimlərini geymədən çimir və günəş vannası qəbul edirlər.
Gununsesi.org-un araşdırmasına görə dünyada var olduğuna inanmayacağınız 5 möhtəşəm çimərliklər haqqında bilgiləri sizinlə paylaşırıq
1.Pink sands beach – Bu çimərlik Amerkada Baham adalarında yerləşir. Çimərlik göz qamaşdırıcı gözəlliyini çəhrayı rəngli sahillərinə borcludur. Sahillərin çəhrayı rəngdə olma səbəbi isə burada yaşayan qırmızı-çəhrayı qabıqlı foraminiferalardır, bu canlılar öldükdən sonra qabıqları qalır və külək bunları əzib , daş və digər qalıntılarla birləşdirərək bu gözəl mənzərəni ortaya çıxardır .

2.Vik beach – Bu çimərlik İslandada vulkan fəaliyyətlərinin aktiv olduğu zonada yerləşir. Çimmək üçün uyğun olmasada gözəl mənzərəsi ilə minlərlə turisti özünə çəkməyi bacarir . Çimərlik qara qumlu sahilləri və fırtınalı suları ilə fərqlənir.

3.Yaşıl qum sahilləri– Dünayada sadəcə iki yerdə görülə bilməkdədir.Havay adasının Papakolea sahilində və Guam-dakı Talofofo sahilində. Bu sahillərin qeyri- adi rənglərdə olmasına səbəb maqnezyum və dəmirdən ibarət olivin kristiallarından qaynaqlanır.

4.Hidden beach– Gizli plaj adlanın bu əsrarəngiz yer uzun illərdir əl dəyilməmiş nadir yerlərdən biridir və Meksikanın Marieta adalarında yerləşir.Məşhur olmasına baxmayaraq daha az trustin gəlmə səbəbin çimərliyə girişin çox çətin olmasıdır.

5.Vaadhoo beach – Bu sahilin gözəlliyini görmək üçün ulduzları gözləməlisiz.Çünki dənizdə yaşayan planktonlar kimyasal enerjini işıq enerjisinə dönüşdürərək ətrafa möhtəşəm görüntü çıxardırlar. Fosforlu mavi kimi görünən işıltılar gecenin qaranlığında ulduzların işıltısı ilə birləşərək ortaya çox romantik mənzərə buraxır.













