Dünyanın 500 ən varlı adamı 35 milyard dollar itirib - BUNUN SƏBƏBKARI DONALD TRAMPDIR

  • By admin
  • 18 May 2017 14:30

tramp

Dünyanın ən varlı adamları 35 milyard dollar itiriblər. Buna səbəb isə Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın siyasətindəki qeyri-müəyyənlik olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg Billionaires İndex (BBİ) məlumat yayıb.

BBİ-nin yaydığı məlumata görə, ABŞ-dakı qeyri-müəyyənlik nəticəsində dünyanın 500 ən varlı adamı 35 milyard dollar itirib.

“New York Times” qəzetinin yazdığına görə, Trampın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Ceyms Kominin işdən çıxarması və onun prezidentin sabiq milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Filin haqqında araşdırmaları dayandırması, həmçinin “Washington Post” qəzetinin verdiyi məlumata görə, Trampın Rusiya XİN başçısı Sergey Lavrovla İŞİD haqqında ciddi gizli söhbəti fonunda birjalarda dünya səviyyəli şirkətlərin qiymətli kağızları ucuzlaşmağa başlayıb.

Belə ki, nəticədə dünyanın ən varlı adamı olan Bill Qeyts bu hadisələr zamanı 1,01 milyard dollar itirib. Onun “Microsoft” şirkətinin aksiyaları 2,8% ucuzlaşıb. İl ərzində “Microsoft”un aksiyalarının aşağı düşməsi ən böyük enmə kimi dəyərləndirilib.

B.Qeytsin varidatı 86,8 milyard dollar həcmində qiymətləndirilir. Onlayn-maqazinlər Amazon.com şəbəkəsinin yaradıcısı Ceff Bezos isə 1,71 milyard dollar itirib. Amazonun aksiyaları 2,2 % ucuzlaşıb. C.Bezosun varidatı isə 81 milyard dollar həcmində olub.

İspaniyanın “Zara” brend geyimlərinin yaradıcısı Amansio Orteqi 355 milyon dollar itirib. Onun varidatının 83,2 milyard dollar həcmində olduğu bildirilir.

İlk beşliyə eyni zamanda, “Facebook”un yaradıcısı Mark Zukerberq, “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet də daxildir. Mark Zukerberq 2,03 milyard dollar itirməklə varidatının həcmi 62,3 milyard dollara enib. U.Baffet isə 852 milyon dollar itirməklə ümumi vardiatının həcmi 72,7 milyard dollar həcminə düşüb.

Milyarderlərin ümumilikdə varidatı isə 4,9 trilyon dollar həcmində olub ki, bu da ötən illə müqayisədə 457 milyard dollar azdır.

Gununsesi.info