
Rusiya Federasiyası dünyanın hegemon dövlətlərindəndir. Gununsesi.info sərhəd qonşumuz olan bu ölkə haqqında bilmədiyiniz maraqlı məlumatları təqdim edir.

– Rusiyada yeni çıxan qanuna əsasən, burada yetkinlik yaşına çatmayan şəxlərlə biseksuallar barəsində danışmaq qadağandır. Əks təqdirdə həmin adamları “gənclərə biseksuallığı aşılamaq” haqqında maddə əsasında həbs cəzası gözləyir.

– Rusiya əhalisinin böyük bir qismi – 2/3 hissəsi Günəşin Yer kürəsi ətrafında fırlandığını düşünür.

– Bəzi varlı ruslar tıxaclarda qalmamaq məsqəsilə saxta təcili tibbi yardım maşınından istifadə edirlər.

– Deyilənlərə görə, Rusiyada heç kimə məlum olmayan və xəritədə qeyd olunmayan 15 gizli şəhər var.

– Sibirin Megion bölgəsi rəhbərliyi burada “bəhanə gətirməyi” qanunla qadağan edib.

– Araşdırmalara görə, bir rus ildə təxminən 18 litr alkoqollu içki qəbul edir. Bu rəqəm isə həkimlərin göstərdiyi təhlükə həddindən iki dəfə çoxdur.

– Rusiyada pivə son illərə qədər spirtli içkilərdən hesab olunmurdu. 2011-ci ildə verilən bir qərarla bu içki də alkoqol hesab olunmağa başlayıb.

– Rusiyanın sahəsi Pluton planetinin ərazisindən daha böyükdür.

– I Pyotrun hakimiyyət illərində Rusiyada “saqqal vergisi” mövcud idi. Ölkədə saqqal saxlayan hər kəs bu vergini ödəməyə məcbur idi.

– Rusiyanın bəzi muzeylərində sənət əsərlərini gəmiricilərdən qorumaq məqsədilə pişiklərdən istifadə olunur.

– Sibir Rusiya ərazisinin 77 faizini təşkil edir.

– “Vodka” sözü rus dilində su mənasını verən “voda” kəlməsindən yaranıb.

– Rusiya ərazisində yerləşən Qaraçay gölü dünyanın ən radioaktiv və çirkli gölüdür.

– Hazırda ABŞ ştatı olan Alyaska əvvəllər Rusiya tabeliyində olub. Belə ki, ABŞ 1867-ci ildə Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın alıb.
Gununsesi.info












