ABŞ hökuməti ölkənin kosmik fəaliyyətini dəstəkləmək məqsədilə “ABŞ Kosmik Akademiyası” yaradacaq.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NASA-nın mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-ın kosmik fəaliyyət sahəsində qarşıda mühüm addımlar var.
Tramp Aya uçuşların vacibliyini vurğulayıb və kosmik fəaliyyətlərin daha da inkişaf etdirilməsi məqsədilə “ABŞ Kosmik Akademiyası”nın yaradılması ilə bağlı sənədi imzalayacağını deyib.
Tramp daha sonra “Artemis II” Ay missiyasında iştirak edən kosmonavtlara Konqresin Şərəf medallarını təqdim edib.
Qeyd edək ki, “Artemis II” ekipajı Yer və Ay ətrafında 10 günlük uçuş zamanı təxminən 1 milyon 118 min kilometr məsafə qət edib.
Missiya çərçivəsində kosmik gəminin sistemləri sınaqdan keçirilib və Ayın əvvəllər görünməmiş hissələri araşdırılıb.











