Dünyanın diqqəti KIBRISA KÖKLƏNİR: Ərdoğan hansı müjdəni verəcək?

  • By admin
  • 19 İyul 2021 10:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr (Kıbrıs) Türkiyə Cümhuriyyətinə (KKTC) səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, Türkiyə lideri bu ölkənin parlamentində millət vəkillərinə xitab edəcək və öncədən anonsunu verdiyi müjdəni də elə burada açıqlayacaq.

Qeyd edilir ki, Ərdoğan KKTC-yə geniştərkibli heyyətlə səfər edəcək. İlk dayanacağı paytaxt Lefkoşada parlament binası olacaq.

Səfərdə Türkiyə heyəti ilə yanaşı Azərbaycan hökumətinin nümayəndə heyətinin də iştirakı gözlənilir.

Türkiyə prezidenti bundan öncə çıxışı zamanı verəcəyi müjdənin detallarını açıqlamasa da hazırlıqların tamamlandığını elan etmişdi.

Siyasətçilər müjdənin KKTC ilə əlaqədar qarşıdakı proseslərə işıq salacağını bildirirlər.

Nişantaşı Universitetinin üzvü Prof. Dr. Nurşin Ateşoğlu bildirib ki, bu müjdə KKTC-nin müstəqil dövlət olması istiqamətində iradəni dəstəkləyəcək və gücləndirəcək.

Gununsesi.info