
8-ci FİFA Qadınlar üzrə Dünya Çempionatı sabah başlayır.
Publika.az xəbər verir ki, çempionata Fransanın ev sahibliyi edir.
İyulun 7-dək davam edəcək turnirdə 24 komanda 6 qrupda mübarizə aparacaq.
Qruplarını ilk iki sırada tamamlayan komandalarla ən yaxşı 4 qrup üçüncüsü 1/16 finala adlarını yazdıracaq.
Videotəkrar (VAR) sisteminin ilk dəfə istifadə olunacağı turnirin birinci günündə ev sahibi Fransa cənubi Koreya təmsilçisini Parisdəki “Parc des Princes” stadionunda qonaq edəcək. Matç Bakı vaxtilə 00:00-da başlayacaq.
A qrupu: Fransa, Cənubi Koreya, Norveç, Nigeriya
B qrupu: Almaniya, Çin, İspaniya, Cənubi Afrika
C qrupu: Avstraliya, İtaliya, Braziliya, Yamayka
D qrupu: İngiltərə, Şotlandiya, Argentina, Yaponiya
E qrupu: Kanada, Kamerun, Yeni Zelandiya, Hollandiya
F qrupu: ABŞ, Tayland, Çili, İsveç
Qeyd edək ki, ABŞ təmsilçisi turnirdə, ümumilikdə, 3 dəfə qalib gələrək çempionat tarixinin ən yaxşı komandası olub.