Dünyanın koronavirus mənzərəsi

  • By admin
  • 20 Fevral 2022 14:37

Dünyada koronavirusa yoluxma hallarının sayı 423 milyon 62 min 224 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins universitetinin məlumatında qeyd olunub.

Virusun yayılması başlayandan indiyədək 5 milyon 881 min 378 nəfər dünyasını dəyişib.

İnfeksiyaya yoluxmuş və ölənlərin sayına görə liderliyi ABŞ qoruyur, burada 78 milyon 457 min 222 nəfərdə COVID-19-a yoluxma aşkar edilib, 934 min 951 xəstə ölüb.

İkinci yerdə qərarlaşan Hindistanda 42 milyon 822 min 473 yoluxma halı təsdiqlənib, virusa yoluxmanın nəticələrindən ölənlərin sayı isə 511 903 nəfər olub.

Siyahıda üçüncü pillədə olan Braziliyada 28 milyon 177 min 367 yoluxma halı qeydə alınıb, 644 195 xəstə vəfat edib.

Gununsesi.info