Dünyanın ən qocaman kişisi uzunömürlülüyünün sirlərini bölüşdü – Sən demə...

  • By admin
  • 13 Fevral 2020 15:19

Dünyanın ən yaşlı kişisi kimi Ginnesin Rekordlar Kitabına düşən 112 yaşlı Yaponiya sakini Titetsu Vatanabe uzunömürlülüyünün sirrini bölüşüb.

Gununsesi.org xəbər verir ki, “Qafqazinfo”nun “Aif.ru”ya istinadən məlumatına görə, kişi bildirib ki, o, həmişə gülümsəyir və, demək olar, heç vaxt hirslənmir. Vatanabe əmindir ki, bu, uzunömürlülüklə birbaşa bağlıdır.

Qeyd edək ki, T.Vatanabe Yaponiyanın Niiqata prefekturasında yaşayır. O, 1907-ci il 5 mart tarixində anadan olub.

Gununsesi.org