Dustaq aparan zirehli maşın qəzaya uğrayıb

  • By admin
  • 14 Oktyabr 2016 13:40

qeza 

Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb.

Gununsesi.info-nun xəbərinə görə,  hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində  baş verib. Belə ki, Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mercedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus “Toyota” markalı digər avtomobillə toqquşub.

Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.

Hadisə ilə bağlı hazırda  araşdırma aparılır.

 Gülnaz Qənbərli

Gununsesi.info