Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

  • By admin
  • 14 Oktyabr 2016 13:36

hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına görə oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında  arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Gununsesi.info-nun xəbərinə görə, Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.

Gülnaz Qənbərli

Gununsesi.info