Ebru evindəki bütün internet bağlantını kəsdirdi

  • Müəllif: admin
  • 29 Dekabr 2017 14:54

Müğənni Ebru Gündeş qızı Alarının atası Rza Zərrabla bağlı məlumatları öyrənməməsi üçün evdəki bütün elektronik avadanlıqların internet bağlantısını kəsdirib. 

Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, müğənni qızının atası haqda yazılanları oxumasını istəmir.

Qeyd edək ki, İranla qanunsuz ticarət əlaqələri və korrupsiya səbəbindən ABŞ-da həbs olunan Rza Zərrab Ebrunu aldatdığını etiraf etdikdən sonra qalmaqallar yaşanmışdı. Gündeşin iş adamından boşanacağı deyilsə də, sənətçi hələlik belə bir addım atmayıb.

Gununsesi.info