ECMO cihazına qoşulan tanınmış həkimlə bağlı AÇIQLAMA

  • By admin
  • 24 İyul 2020 10:25

“Həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır”.

Gununsesiaz.info bildirir ki, bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib. 

Bildirilib ki, Cavid Paşayev hazırda ECMO və süni tənəffüs aparatlarına qoşulu vəziyyətdədir:

“Hemodinamika stabildir. Saturasiyası 90-98 faizdir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeydə alınır”.

Gununsesiaz.info