“Economics and Peace”: “Azərbaycan terror təhlükəsi aşağı olan ölkədir”  - Dünyada ən təhlükəli ölkələr SİYAHI

  • By admin
  • 11 İyun 2016 14:32

 

the_institute_for_economics_and_peace

“Economics and Peace”2015-ci il üçün Qlobal terrorizm indeksini açıqlayıb. Bu hesabatda terror riski daha çox olan 123 dünya ölkəsinin adı yer alıb. Siyahıda Azərbaycanın da adı yer alıb. Azərbaycan aşağı riskli terror ölkələri siyahısında qərarlaşıb. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Economics and Peace”-in açqladığı bu siyahıda çox maraqlı mənzərə alınıb. Belə ki, sihaıda ən çox terror təhlükəsi riski olan məhz dünyanın ən inkişaf etmiş ölkələri, xüsusən də Qərb ölkələridir. Düzdür, Afrika, Yaxın Şərq, Cənub Şərqi Asiya ölkələri də bu siyasıda yer alır.

Terror riski daha böyük olan ölkələr siyahısında birinci İraqdır. Siyahıda birinci onluqda İraqdan sonrakı yerləri Əfqanıstan, Nigeriya, Pakistan, Suriya, Hindistan, Yəmən, Somali və Ukrayna bölüşür.

Sənəddə terror riskinə görə Çin 22-ci, Rusiya 23-cü, İsrail 24-cü, Türkiyə 27-ci, İngiltərə 28-ci, Yunanıstan 29-cu, ABŞ-35-ci, Fransa 36-cı, İran -39-cu, Səudiyyə Ərəbistanı 43-cü, Almaniya 53-cü, İtaliya 54-cü, Avstraliya 59-cu, İsveç 60-cı, Norveç 64-cü, İspaniya 65-ci, Çexiya 68, Kanada 72-ci, Avstriya 79-cu yeri bölüşür. Bu siyahıda Azərbaycanında adı yer alıb. Azərbaycan terror riski aşağı olan ölkələr sırasnda yer alıb. Belə ki, 123 ölkə arasında Azərbaycan terror risqinə görə 93-cü yerdədir Ən maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Moldova, Laos, Estoniya, Boliviya və Küveyt ən aşağı terror riski olan ölkələr kimi siyahıya düşüb.

Gununsesi.info

Mürtəza Bünyadlı