İran və Azərbaycan yeni dəmir yolunun inşasına kredit ayıracaq - RAZILAŞMA TƏSDİQLƏNDİ

  • By admin
  • 11 İyun 2016 14:40

trend_gazvin_rasht_astara_railway_construction_180914_02

İran və Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün 500 milyon dollar həcmində kreditin ayrılması üzrə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın yol və şəhər tikintisi nazirinin müavini Əli Nurzad bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər kreditin əlavə şərtlərini müzakirə edirlər.

Rəşt-Astara dəmir yolu sahəsinin tikintisinin dəyəri təqribən 1,1 milyard dollar təşkil edir. İran bunun yarısını Azərbaycan Beynəlxalq Bankının krediti hesabına cəlb edir.

Nazir müavini İranın qalan vəsaiti hansı mənbədən əldə etməyi planlaşdırdığını dəqiqləşdirməyib. (Trend)