ABŞ çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirmək üçün “B-1 Lancer” strateji bombardmançı təyyarələrindən istifadə edib.
Gununsesi.info xəbər verir ki, məlumata görə, ağır bomba yükü və uzaqmənzilli qanadlı raketlər daşımaq imkanına malik olan bombardmançı təyyarələr Böyük Britaniyadakı hərbi bazadan havaya qalxaraq əməliyyatda iştirak ediblər.
Hərbi aviasiyanın bu tipinin döyüşə cəlb olunması bölgədə gərginliyin ciddi şəkildə artdığını göstərən mühüm addım kimi qiymətləndirilir.
Baş verən hadisələr fonunda Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, Fransa isə İrandakı diplomatlarını geri çağırıb.
SEPAH da yayılan məlumatı təsdiqləyib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ABŞ-ın “B-1” strateji bombardmançılarından istifadə etməsi əməliyyatın miqyasını və Vaşinqtonun İrana göndərdiyi siyasi-hərbi mesajın ciddiliyini göstərir.
Onun sözlərinə görə, bu addım bölgədə qarşıdurmanın daha da dərinləşməsi riskini artırır.
Elmar
Gununsesi.info











