Edamları dayandırın!- “Amnesty İnternational”dan İran rejiminə çağrış

  • By admin
  • 03 Yanvar 2022 21:45

Beynəlxalq Amnistiya Təşkilatı 4 ərəb və 4 bəluç fəallının edama məhkum edilməsi ilə bağlı İran hökumətinə xəbərdarlıq edib.

Gununsesi.info  xəbər verir ki, məlumata görə, təşkilat İran rəsmilərini son iki ayda etnik azınlıqlara mənsub məhkumların edamına dair artan narahatlıqlar fonunda dörd bəluç və dörd Əhvaz ərəbi fəalının edamını dərhal dayandırmağa çağırıb.

Beynəlxalq Amnistiya Təşkilatı yayınladığı açıqlamasında, Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi də daxil olmaqla beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını bu fəalların həyatını qurtarmaq üçün təcili tədbirlər görməyə dəvət edib. Təşkilatın Yaxın Şərq və Şimal bölgəsi şöbəsinin rəhbəri Diana Altavi bildirib ki, ərəb və bəluç fəalların edam edilməsi ilə bağlı nigarançılıqlar artıb. “Bu, İran hökumətinin edam hökmləri vasitəsi ilə etnik xalqları və başqa şəxsləri qorxu altında saxlamağa çalışdığını göstərir”- Diana Altavi belə deyib. O, İranda etniklərə qarşı edam cəzalarının tətbiq edilməsini on illərdir davam edən ayrı-seçkilik və zülmün təzahürü sayıb. Təşkilat bildirib ki, “Amnesty İnternational” beynəlxalq ictimaiyyəti fəalların “ədalətsiz məhkəmə prosesləri” və “işgəncə altında alınan etiraflar” yolu ilə edam edilməsinin qarşısını almaq üçün ortaq hərəkət keçməyə çağırır.

Gununsesi.info