Eks-prezidentin ev dustaqlığı ləğv olundu

  • By admin
  • 18 Noyabr 2022 20:05

Moldovanın eks-prezidenti İqor Dodonun ev dustaqlığı ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Kişinyov Şəhər Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb.

Eks-prezident bu ittihamları təkzib edirdi. O bildirirdi ki, əlində kifayət qədər sübutlar var və suçsuz olduğunu sübuta yetirəcək.

Gununsesi.info