Ekspert: Dolların bahalaşmasında kommersiya bankları müstəsna rol oynayır

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 12:26
dollar
 
Manatın ucuzlaşmasının əsas amillərindən biri də kommersiya banklarının  dollara olan tələbatıdır.
Bunu  Gununsesi. info-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, əgər bu gün Azərbaycanda  manatın ucuzlaşmasının əsas amillərdən biri ölkədəki iqtisadi faktorların yoxluğudursa, digər əsas amil isə  komersiya banklarıdır.  
“Yəni, kommersiya banklarının dollara olan tələbatı, üzləşdiyi problemlər manata istər-istəməz öz təsirini göstərir. Maliyyə bazarında Mərkəzi Bank əsas oyunçu olsa da,  necə deyərlər, yeganə oyunçu deyil. Yəni maliyyə bazarında manatın  möhkəmlənməsinə yetərincə təsir edə bilmir. O baxımdan kommersiya bankları da məzənnəyə təsir göstərir. Bu da  manatın ucuzlaşmaına səbəb olur”- deyə, ekspert vurğulayıb.
Bununla belə, ekspert bildirib ki, bu gün vətəndaşlar da daha çox dollara üstünlük verdiyindən, manatın ucuzlaşamsına öz mənfi təsirini göstərir: “Məsələn, bu gün insanlar əlində olan vəsaiti nə mülkiyyət, nə də torpaq almağa yox, daha çox dollar və qızıl almağa üstünlük verirlər. Deməli,  bu vəsaitlər dollarlaşır, onun bir qismi banka gedir, bir qismi isə evlərdə saxlanılır. Digər məqam isə FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarı da bazara öz  psixoloji təsirlərini göstərir”- deyə, ekspert bildirib.
Vəziyyətdən çıxış yolu kimi ekspert bildirib ki, manatın məzənnəsi birbaşa bank sektorunun hansı səviyyədə sağlam olmasından asılı olacaq: “Bundan əlavə olaraq uzunmüddətli dövr üçün manatın məzənnəsinin strateji olaraq müəyyənləşdirilməsinə ehtiyac var. Mən məhələli şəkildə liberal üzən məzənnə siyasətinə keçidi məqsədəuyğun hesab edirəm”.
Gununsesi.info