
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı PKK ilə bağlı aparılan araşdırmalar zamanı nəzarətə götürülən Diyarbakır Bələdiyyə başçısı Gültan Kışanak həbs edilib. O, terrorun bir üzvü kimi azadlıqdan məhrum olunub.
Beş gün əvvəl istintaq axtarışları nəticəsində nəzarətə götürülən və dünən ilk dəfə vəkilləri ilə görüşən Kışanak barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Gültən Kışanaq Türkiyə Böyük Millət Məclisinin üzvü də olub.
Gununsesi.info












