Elat bayramının qeyd olunması ləğv olundu

  • By admin
  • 26 İyul 2016 16:05

elat

 

Gürcüstanda Azərbaycan türklərinin Elat Bayramını qeyd etməsinə imkan verilmədi. Gununsesi.info xəbər verir ki, bu barədə Borçalı İctimai Birliyinin üzvü, Elat Bayaramı Təşçkilat Komitəsinin üzvü Rüfət Muradlı öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Elat Bayramı ilə bağlı Dmanisi rəhbərliyi verdiyi sözü tutmadı. Sonda isə Türkiyədən, Azərbaycandan, Qazaxıstandan və digər ölkələrdən 8-ci Elat bayramına qatılanların gözləri qarşısında bizi Borçalı adından imtina etməyə çağırdılar. “Səhnənin üstünə taxdığımız Azərbaycan və Türkiyə bayraqlarını endirdilər. Halbuki bu haqda razılıq əldə olunmuşdu.Təəsüf ki, milli dəyərlərimizə sayğısızlıq sərgiləndiyi belə bir durumda bu hörmətsizliyə rəvac verənlərin yanında olan üzdəniraq bir necə soydaşımız da tapıldı. Biz son ana qədər apardığımız müzakirə və aldığımız sonuclara sayğı göstərilməsini tələb etdik, amma adekvat cavab olmadı”-deyə, R.Muradlı vurğulayıb.

R.Muradlı əlavə edib ki, Dmanisi rəhbərliyi bu hərəkətilə Azərbaycan- Gürcüstan -Türkiyə dostluğunun simvolu olan ELATA və Elat Bayramı deyib Armudlu yaylasına yaxından uzaqdan gələnlərə hörmətsizliklə üç ölkənin strateji əməkdaşlığı yönündə neqativ addım atdı: “Borçalı İctimai Cəmiyyəti olaraq Armudlu yaylasında bəyan etdik ki, bu Elat Bayramı deyil və 8-ci Elat Bayramının bu şərtlərlə, milli dəyərlırimizdən vaz keçilməsi tələb olunan bir şəraitdə keçirilməsi yolverilməzdir”.

elat1

Gununsesi.info