Eldar Həsənovun durumu ağırlaşıb - SABİQ BAŞ PROKURORUN ƏMƏLİYYATA EHTİYACI VAR

  • By admin
  • 15 İyun 2022 09:17

Hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Sabiq baş prokuror və keçmiş səfir Eldar Həsənovun səhhətindəki problemlər artıq fəsad verməyə başlayıb.

Bu barədə Gununsesi.info-ya Eldar Həsənovun ailəsindən bildiriblər.

Məlumata görə,  onurğasında fəqərələrarası disk yırtığı yaranan Eldar Həsənovun cərahiyyə əməliyyatına ehtiyacı yaranıb.

 

Afət Abbasova

Gununsesi.info