Eldar Sabiroğlunun oğlunun cinayət işi məhkəməyə göndərildi (ÖZƏL)

  • By admin
  • 11 İyul 2016 14:57

rufat

Zərdab rayonun keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə bağlı iş baxılması üçün Lənkəran Ağır  Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Gununsesi.info-ya adı çəkilən şəxsin hüquqlarını müdafiə edən vəkil Bəhruz Bayramov məlumat verib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Gununsesi.info