Əli Əsədov yeni qərar imzaladı

  • Müəllif: Admin2
  • 20 Noyabr 2024 17:24

“İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsi (Eşitmə, görmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz) ləğv edilir.

Gununsesi.info