Elman Rüstəmov 1 milyardlıq əməliyyatı TƏKZİB ETDİ

  • By admin
  • 28 Yanvar 2022 12:27

Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında svop əməliyyatları haqqında heç bir danışıq getmir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinin elan edilməsilə bağlı mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, iki ölkə bankı arasında milli valyutada hesablaşma mexanizmlərinin yaradılması ilə bağlı danışıqlar gedir:

“Burada müəyyən texniki problemlər var ki, onların aradan qaldırılmasına çalışılır. Amma qeyd edilən svop əməliyyatları müzakirə olunmur”.

Xatırladaq ki, xarici mətbuatda yayılan məlumatlara görə, iki qurum 1 milyard avro dəyərində svop sazişi imzalamaq istəyir.

Gununsesi.info