Elmar Məmmədyarovla erməni jurnalistlərin mübahisəsi - BAYAQDAN SİZİ BAŞA SALIRAM/ VİDEO

  • By admin
  • 14 May 2019 15:14

 

Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.

Gununsesi.org-un nun xəbərinə görə, jurnalist nazirə Ermənistanın Baş Naziri Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.

Məmmədyarov isə cavabında belə bildirib: Bunu sizə yarım saatdır başa salıram… Bunlar hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”.

Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.