
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə – avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.
Gununsesi.info-nun məlumatına görə, E.Qasımov bu mərhələdə Ukrayna idmançısı Artem Bloşenko ilə görüşəcək. E.Qasımov növbəti görüşünü saat 23:15-də keçirəcək.
Xatırladaq ki, “World Masters” turnirinin qalibi E. Qasımov dörddəbir finalda Misir təmsilçisi Ramadan Dərvişi ippon fəndi ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
***
Qeyd edək ki, bir az öncə E. Qasımov ukraynalı rəqibi Artem Bloşenko ilə görüşdən qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib. E.Qasımov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
Gununsesi.info