Elmar Vəliyevi güllələyənə ömürlük cəza veriləcək - YUNUS SƏFƏROVA ƏLAVƏ İTTİHAMLAR VERİLDİ

  • Müəllif: admin
  • 06 İyul 2018 16:28

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cinayətini törədən Yunus Səfərovu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gununsesi.info-nun xəbərinə görə, bu gün Baş Prokurorluq, DİN və DTX-nın olayla bağlı birgə məlumatında bu cinayət terror aktı kimi qiymətləndirilib.  Belə ki, adıçəkilən şəxsin bu qəsdi əvvəlcədən hazırladığı, onun Suriyadakı hərbi birləşmələrin tərkibində xidmət keçdiyinə dair faktlar üzə çıxıb.

Buna görə də Yunus Səfərova əlavə terrorçuluq, habelə, ölkənin konstitusiya qurluşunu dəyişməyə cəhd  ittihamı verilib. Bu ittihamlara görə,onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, hadisə baş verən zaman Yunus Səfərova qarşı  Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanmışdı .

Gununsesi.info